Xəbərdarlıq: Aprelin 8 dən 12 dək şimal və qərb rayonlarında hava şəraitinin fasilələrlə y…
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 7 aprel, AZƏRTAC Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 8-i gündüz şimal və qərb rayonlarından başlayaraq 12-si gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.
Havanın temperaturu ayın 9-dan ötən günlərlə müqayisədə tədricən 5-10° enəcək.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu