Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Əziz hamilələr, diqqətli olun! COVİD və qrip yenidən yayılıb.
Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu ginekoloq Günel Ziyadova bildirib.
Həkim insanlara qrip əlamətləri olan şəxslərlə təmasdan çəkinməyi və peyvənd olunmağı tövsiyə edib.
G.Ziyadova qeyd edib ki, Amerika Mamalıq və Ginekologiya Kollecinin (ACOG) 2026-cı il üçün tövsiyələrinə əsasən, hamilələr inaktivləşdirilmiş qrip peyvəndi ilə yanaşı, COVİD əleyhinə peyvənd də oluna bilərlər:
"Nə qrip, nə də COVİD peyvəndlərinin hamiləlik dövrü üçün heç bir zərəri yoxdur. Əksinə, hamiləlik zamanı immun sistemində baş verən dəyişikliklər səbəbindən bu infeksiyaları daha ağır keçirə bilərsiniz. Nəticədə xəstəxanaya yerləşdirilmə zərurəti yarana, hətta vaxtından əvvəl doğuş baş verə bilər".