Xəbərdarlıq: Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir

23.04.2025

Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında aprelin 23-ü axşam, 24-də gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Xidmətdən Doğru.az-a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью