XƏBƏRDARLIQ: Bu ərazilərə sulu qar yağacaq

26.10.2025

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda və Abşeron yarımadasında oktyabrın 26-sı axşamdan 27-si səhərədək arabir yağış yağacağı gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında deyilir.
Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Oktyabrın 26-sı gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 27-si səhərədək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.


Bizim.Media
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью