XƏBƏRDARLIQ Bu tarixdən temperatur düşəcək, leysan yağacaq Xəbər saytı Son xəbərlər və Hadisələr

23.11.2024

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 25-i Azərbaycanın qərb rayonlarından başlayaraq 27-si gündüzədək hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir.

Milli Hidrometrologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ayrı-ayrı yerlərdə ( Naxçıvan MR, Qarabağ və Şərq-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-Aran, Quba-Qusar, Dağlıq-Şirvan) leysan xarakterli intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-8° aşağı enəcək.

Bakıda və Abşeron yarımadasında noyabrın 25-i axşamdan 26-sı səhərədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью