XƏBƏRDARLIQ EDİLDİ: Noyabrın 16 sınadək davam edəcək

14.11.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli fırtınalı şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

"Yeni Sabah" xəbər verir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi noyabrın 16-sı gündüzədək davam edəcək.

Bu günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32-35 m/s-dək güclənəcəyi gözlənilir. İnternetdən sifariş

Dalğanın hündürlüyü 3-4 metrə, sonrakı inkişafda isə 5.5-7.5 metrə çatacağı proqnozlaşdırılır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью