Xəbərdarlıq edildi: Qar yağacaq

26.12.2024

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Bakıda və Abşeron yarımadasında dekabrın 27-dən 29-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntıların qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, dekabrın 27-si axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 29-u səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью