Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu şəxslər ötən ilin sentyabrında Kürdəmirin Xırdapay kəndində "AZƏRİ KARTON" MMC-də 500 manat əməkhaqqı müqabilində 1 illik müddətə işə başlayıblar.
İddialarına görə, iyun ayından onlara əməkhaqqı verilməsi dayandırılıb. Sentyabrdan isə onlara xəbərdarlıq edilmədən əmək müqavilələrinə xitam verilib.
Şikayətçilər onlara məsələnin həlli bağlı hər hansı bir vədin verilmədiyini deyirlər.
Hətta iş zamanı əlindən xəsarət alan şikayətçi ona dəyən zərərin də şirkət tərəfindən qarşılanmadığını iddia edir.
"Xəzər TV" məsələ ilə əlaqədar "AZƏRİ KARTON" MMC ilə əlaqə saxlamağa çalışıb. Telefona cavab verən şəxs orada işdən çıxıdğını, zavodun da bağlandığını bildirib. Kürdəmirin Xırdapay kəndində yerləşən zavodda da baş çəkilib. Mühfizəçi bildirib ki, ərazidə heç kəs yoxdur, bir aydan çoxdur zavod fəaliyyətini dayandırıb.