Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.
“Kəpəz” klubunun yeni forma sponsoru bəlli olub.
“Unibank” Gəncə klubu ilə əməkdaşlığa başladığını rəsmən açıqlayıb. Bu barədə bankın rəsmi sosial şəbəkə hesabından paylaşım edilib.
Paylaşımda “Unibank Gəncənin qüruru, Azərbaycan futbolunun əfsanəsi – Kəpəz Futbol Klubunun sponsoru oldu!
Bu sadəcə bir klub dəstəyi deyil – bu, Gəncədə yenidən alovlanan futbol həyəcanına, tribunaları dolduran coşquya, gənclərin qəlbində boy atan idman ümidlərinə verilən böyük bir nəfəsdir.
Yaşasın futbol!
Yaşasın Kəpəz!
Yaşasın bu ruhu yaşadan hər kəs!” – deyə, bildirilib.
Xatırladaq ki, Unibankın kluba sponsor olacağı ilə bağlı ilk xəbəri İdmanxeber.az saytı yazmışdı.