Xəbərimiz təsdiqləndi Qara Qarayev “ArazNaxçıvan”da İdmanXəbər

04.11.2024

Icma.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.

“Araz Naxçıvan” heyətini daha bir futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, müxtəlif illərdə 17, 19, 21 yaşadək, eləcə də əsas millidə çıxış edən Qara Qarayev mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. Futbolçu ilə bu gün rəsmi müqavilə imzalanıb və o, heyət üzvlərinə təqdim olunub.

Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi 2009-2023-cü illərdə “Qarabağ”ın, 2023-2024-cü illər mövsümündə isə “Neftçi”nin heyətində yer alıb. Futbolçu 9 dəfə Azərbaycan çempionu, 5 dəfə isə ölkə kubokunun qalibi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью