Xəbərimiz təsdiqləndi “Sabah” transferi açıqladı

11.06.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, fransalı vinger Yunis Laçab bundan sonra “bayquşlar”ın uğurları üçün çalışacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Laçab Fransanın “Lill” klubundan bir illik icarəyə götürülüb.

“Lill” klubunun yetirməsi olan 21 yaşlı futbolçu karyerası ərzində klubun əsas və ikinci komandalarında çıxış edib.

Vinger başa çatan mövsümdə əvəzedici komandada 12 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

“Sabah”ın Laçabı icarəyə götürəcəyini öncədən yazmışdıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью