Xəcalət çəkirik, utanırıq Arda Güler

20.06.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Xəcalət çəkirik, utanırıq" - Arda Güler

Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülər DÇ-2026 ilə erkən vidalaşmalarından sonra azarkeşlərə müraciət edib.

QOL.az xəbər verir ki, komanda qrup mərhələsinin 2-ci turunda Paraqvaya məğlub olub və 3-cü turun nəticəsindən asılı olmayaraq, pley-off şansını itirib.

A.Güler görüşdən sonra "TRT Spor"a açıqlamasında deyib: 

“Əslində deyiləcək söz yoxdur! Çox məyusuq, xəcalət çəkirik, utanırıq. Bütün xalqımızdan üzr istəyirik. Növbəti turnirlərdə əlimizdən gələni edəcəyik. Mən də bu dünya çempionatının unudulması üçün əlimdən gələni edəcəyəm. Biz çox güclü komandaların futbolçularıyıq, belə olmamalı idi. Bir daha üzr istəyirik”.

Qeyd edək ki, Türkiyə millisi turnirdəki son oyununu iyunun 26-da ABŞ yığmasına qarşı keçirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью