Xeddira İtaliyada klubunu dəyişdi

23.01.2026

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

Mərakeşli hücumçu Valid Xeddira "Sassuolo"dan ayrılıb.

Fanat.Az xəbər verir ki, bununla belə, o, A Seriyasında oynamağa davam edəcək. 

Hüquqları "Napoli"yə məxsus olan forvard İtaliyanın digər təmsilçisi "Leççe"də çıxış edəcək. "Napoli" yeni icarə müqaviləsi bağladığı futbolçusunu İtaliyanın cənubuna yollayıb. 

Klubun mətbuat xidmətinin verdiyi məlumata görə, Xeddira "Leççe"də 99 nömrəli formanı geyinəcək. O, bu şənbə günü İtaliya A Seriyasının 22-ci turunda "Latsio"ya qarşı oynaya biləcək. 

"Leççe" hazırda A Seriyasından düşməmək uğrunda mübarizə aparır. Komanda hazırda turnir cədvəlində on yeddinci yerdədir.
 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью