Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşüb.
525.az APA-ya istinadən xəbər verir ki, görüşdə strateji tərəfdaşlıq və müttəfiqlik kontekstində Rusiya-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bir sıra aktual beynəlxalq və regional problemlərə toxunulub.