“Xəmsə” daha yaxşı “Kəpəz” istəyir

08.12.2024

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

“Kəpəz" “Şamaxı”nı səfərdə məğlub etməklə turnir cədvəlinin sonuncu pilləsini tərk etdi.

Gəncəli azarkeşlərin sevincinin həddi-hüdudu yox idi. “Xəmsə” azarkeş qrupunun idarə heyətinin üzvü Aqşin Əsgərov oyunla bağlı bunları dedi:

“Şamaxıda dumanlı hava şəraiti olmasına baxmayaraq, komandanı dəstəkləməyə getmişdik. Komanda nəinki qələbə qazandı, sonuncu pillədən belə qurtuldu. “Kəpəz”in bundan sonra da irəliləyəcəyinə inanırıq. Komandalar arasında xal fərqi çox deyil. Bir qələbəyə 3 xal verilən oyunda 4-5 xallıq fərqi aradan qaldırmaq iki-üç turun işidi. İnanırıq ki, “Kəpəz” növbəti qələbələri qazanacaq. Qış fasiləsindən sonra da daha yaxşı “Kəpəz” görəcəyik”.


ƏSƏD SEYİDOV
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью