“Xəmsə” “Kəpəz”ə dəstək verəcəkmi?

04.05.2025

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Bu gün Misli premyer-liqasının 33-cü turuna yekun vurulacaq. Turun qapanış matçında “Neftçi” “Kəpəz”i qəbul edəcək. Əzəli rəqiblər növbəti dəfə üz-üzə gələcək.

Matça xüsusi hazırlaşırsızmı? Tribunalarda olacaqsızmı? Bu sualları “Xəmsə” azarkeş qrupunun idarə heyətinin üzvü Aşqin Əsgərova ünvanladıq:

“Ümumilikdə 30-dan çox azarkeş olacaq. Bakıdan da bizə qoşulanlar olacaq. Bu matç sıradan qarşılaşma deyil, tarixi oyundu. Komandamızın yanında olacağıq”.


ƏSƏD SEYİDOV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью