Xəqani Məmmədov: Hakimlərimiz mövsümə yaxşı hazırlaşmayıblar | Icma.az
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Premyer Liqasında ilk 3 tur geridə qalsa da, hakimlik mövzusu artıq müzakirələrin mərkəzindədir.
Klublar, məşqçilər və azarkeşlər hakimlərin qərarlarından narazıdırlar və bunu istər mətbuat konfranslarında istərsə də, informasiya resurslarında səsləndirməkdən çəkinmirlər.
İdman.biz bildirir ki, ötən gün “Neftçi TV” təmsil etdiyi klubun “Turan Tovuz”la keçirdiyi oyunda 2 mübahisəli epizodu (Ribeyronun aldığı qırmızı vərəqə və verilməyən penalti qərarı) türk hakimi Deniz Ateş Bitnelin şərhiylə yayımlayıb.
Bu, futbol ictimaiyyətində birmənalı qarşılanmayıb – bəzi hakimlər türk referisini haqlı hesab ediblər, bəziləri isə qərarların düzgün olduğunu bildiriblər.
Amma əsas sual cavabsız qalıb – Azərbaycan hakimləri Premyer Liqanın yeni mövsümünə nə dərəcədə hazırdırlar?
Mövzuyla bağlı “Futbolpress.az”a açıqlama verən veteran hakim Xəqani Məmmədov ilk növbədə mübahisəli epizodları şərh edib: “Sırf “Neftçi”nin matçı barədə deyə bilərəm ki, həm qırmızı vərəqə, həm də verilməyən penalti qərarları düzgün verilib.
Epizodlara diqqətlə baxsanız, Ribeyronun hərəkəti rəqibi yüngülcə itələməyi yox, aqressiv zərbəni xatırladır.
Tam oxu
Xəbəri oxu