Icma.az bildirir, Bakivaxti portalına istinadən. Dünyada hər gün minlərlə insan xərçəng xəstəliyindən həyatını itirir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, xərçəng hər il 10 milyondan çox insanın ölümünə səbəb olur ki, bu da gündə ortalama 27 mindən çox insan deməkdir.
Azərbaycanda da bu tendensiya dəyişmir və xərçəng ölüm səbəbləri arasında ilk sıralarda yer almaqda davam edir.Ən ağrılı məqam isə xəstəliyin getdikcə daha gənc yaşlarda rast gəlinməsidir.
Xüsusən də savadlı və istedadlı gənclərimizin bu xəstəliklə mübarizədə həyatını itirməsi cəmiyyət üçün ağır zərbədir.Bakıvaxtı.az xəbər verir ki, MMA döyüşçüsü, 23 yaşlı Anar Salamov xərçəng xəstəliyi ilə apardığı mübarizəni ötən gün uduzub.
Onun vəfatı sosial şəbəkələrdə və idman ictimaiyyətində dərin hüznlə qarşılanıb.Bəs xərçəngin artma səbəbi nədir?Afət Cabbarova: Xəstəliyin yalnız 10-15% hallarda genetik faktorlarla əlaqələndirilirMövzu ilə bağlı Bakıvaxtı.az-a danışan həkim-onkoloq Afət Cabbarova qeyd edib ki, Azərbaycanda xərçəngin artma səbəbləri, bütün dünyada olduğu kimi, standart amillərlə əlaqəlidir:"Siqaret çəkmək, düzgün olmayan qidalanma, fiziki aktivliyin azlığı, heyvani mənşəli və konservləşdirilmiş məhsullardan istifadə xərçəngin yayılmasına səbəb olan əsas amillərdəndir".Həkim-onkoloq bildirib ki, xərçəng xəstəliyi yalnız 10-15% hallarda genetik faktorlarla əlaqələndirilir:“Mədə-bağırsaq, yumurtalıq və süd vəzi xərçənginin yaranmasında əsas səbəblərdən biri passiv həyat tərzidir.
Azərbaycanda hər iki cins arasında ən çox rast gəlinən xərçəng növü ağciyər xərçəngidir.
Qadınlar arasında isə südvəzi xərçəngi geniş yayılıb. Dünyada da bu tendensiya müşahidə olunur".Onun sözlərinə görə, 20 il əvvəl daha çox mə
Radiasiya dedikdə rentgen şüaları, radiasiya zonasına məruz qalmaq və ya müəyyən səbəblərlə əlaqədar şüa müalicəsi almaq nəzərdə tutulur.