Xərçəng diaqnozu qoyulan Baydenin son halı FOTO

19.05.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-nin keçmiş prezidenti Co Bayden ilk dəfə sümük toxumasına metastaz olan prostat xərçəngi diaqnozu qoyulması xəbərinə münasibət bildirib.
Bakıvaxtı.az xəbər verir ki, keçmiş prezident bu barədə “X” hesabında paylaşım edib. 
O, həyat yoldaşı Cil Bayden ilə şəklini paylaşaraq göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

"Xərçəng hər birimizə təsir edir. Bir çoxunuz kimi, Cil və mən də qırıldığımız yerdə ən güclü olduğumuzu öyrəndik. Bizi sevgi və dəstəyinizlə ayağa qaldırdığınız üçün təşəkkür edirik", - deyə Bayden yazıb.


Xatırladaq ki, ABŞ-ın keçmiş prezident Co Baydenə prostat xərçənginin aqressiv forması diaqnozu qoyulub. Məlumata əsasən, hazırda Baydenin müalicəsi ilə bağlı müxtəlif variantlar nəzərdən keçirilir.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью