Icma.az, Lent az portalına istinadən məlumat verir.
Alimlər məməli hüceyrələrinin yaşaması üçün vacib olan sistein amin turşusunu indiyədək məlum olmayan alternativ yolla istehsal edə bildiyini aşkarlayıblar.
Lent.az xəbər verir ki, bu barədə ScienceDaily Montana Dövlət Universitetinə istinadən məlumat yayıb.
Əvvəllər əsas hesab olunan metabolik yollar bloklandıqda belə hüceyrələrin sistein hazırlamağa davam etdiyi müəyyən edilib.
Tədqiqatçılar xərçəng hüceyrələrinin də bu “ehtiyat mexanizmindən” müalicədən yayınmaq üçün istifadə edə biləcəyini düşünürlər. Gələcəkdə həmin yolun bloklanması şiş hüceyrələrini terapiyaya daha həssas edə bilər, lakin bu hələ erkən mərhələli laboratoriya araşdırmasıdır.