Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı

06.11.2026

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyəli alimlər süd vəzi, prostat və ağciyər xərçəngi hüceyrələrinə təsir göstərən yeni dərman namizədi molekullar hazırlayıblar. Kəşf Türkiyə və Avropada patentləşdirilərək ikiqat qeydiyyat əldə edib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zonguldak Bülent Ecevit Universitetinin professoru Zuhal Gerçek, İstanbul Medipol Universitetinin professoru Mustafa Güzel və tədqiqatçı Betül Yeşil tərəfindən aparılan araşdırma çərçivəsində yeni tirozin kinaz inhibitorları sintez edilib.

Laboratoriya şəraitində aparılan təcrübələrdə molekulların süd vəzi, prostat və ağciyər xərçəngi hüceyrələrinə təsiri araşdırılıb. Nəticələr kompüter dəstəkli analizlərlə də qiymətləndirilib.

Professor Zuhal Gerçek bildirib ki, tədqiqatın məqsədi xərçəng müalicəsində istifadə oluna biləcək molekullar hazırlamaq və onların antixərçəng aktivliyini yoxlamaq olub.

Onun sözlərinə görə, araşdırma nəticəsində yeni molekulların adıçəkilən üç xərçəng növünün hüceyrələri üzərində təsirli olduğu həm eksperimental, həm də nəzəri üsullarla müəyyən edilib.

Qeyd edək ki, ixtira 2024-cü ildə Türkiyənin Patent və Əmtəə Nişanları Qurumu tərəfindən qeydiyyata alınıb. Avropa patent müraciəti də müsbət qiymətləndirilib. Alimlər bu nəticəni yerli dərman istehsalı istiqamətində mühüm addım kimi dəyərləndirirlər.

Gülay

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью