Xərçəng peyvəndi ilə bağlı qərar

31.08.2026

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


“BioNTech” yoğun bağırsaq xərçənginin müalicəsi üçün hazırladığı fərdiləşdirilmiş “mRNA” peyvəndinin klinik sınağını dayandırıb.

“Bakupost” xəbər verir ki, “Autogene cevumeran” adlı eksperimental peyvənd yüksək riskli yoğun bağırsaq xərçəngi xəstələrində xəstəliyin təkrarlanmasının qarşısını almaq və sağqalma müddətini artırmaq məqsədi daşıyırdı.

Müstəqil monitorinq komitəsinin araşdırması nəticəsində peyvəndin gözlənilən faydanı təmin etmədiyi müəyyənləşdirilib. Sınaqda peyvənd alan qrupla nəzarət qrupu arasında ümumi sağqalma göstəricilərində də fərq qeydə alınıb.

“BioNTech” digər “mRNA” xərçəng peyvəndi layihələrini, o cümlədən mədəaltı vəzi xərçənginə qarşı hazırlanan peyvənd üzərindəki işləri davam etdirəcəyini bildirib.

Vüsalə Hüseynova,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью