Xərçəng peyvəndi ilk xəstədə ümidverici nəticə göstərdi

30.07.2026

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyada sınaqdan keçirilən yerli istehsal "Neoonkovak" xərçəng peyvəndi ilk xəstədə müsbət immunoloji reaksiya yaradıb.

Milli.Az xəbər verir ki, bu barədə Rusiyanın Milli Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Ginzburq məlumat verib.

Onun sözlərinə görə, dəri xərçəngindən əziyyət çəkən 60 yaşlı şəxs Rusiyada "Neoonkovak" peyvəndini qəbul edən ilk xəstədir.

Ginzburq bildirib ki, hazırda pasiyentin vəziyyəti qənaətbəxşdir və o, özünü yaxşı hiss edir.

Mərkəz rəhbərinin sözlərinə görə, aparılan müşahidələr peyvəndin antigenlərə qarşı qoruyucu immun cavabı formalaşdırdığını göstərir.

"İmmun sisteminin preparatımıza reaksiyası hazırda ümidvericidir. Xəstədə yaxşı immunoloji cavab müşahidə olunur", - deyə Aleksandr Ginzburq qeyd edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью