Xərçəng riskini artıran 3 vərdiş Onları hər gün edirik

11.09.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Dünyada xərçəng hallarının 40 faizə qədəri həyat tərzinin dəyişdirilməsi ilə qarşısı alına bilən amillərlə əlaqəlidir".

Bunu Sankt-Peterburqdakı SM-Klinikanın cərrah-onkoloqu Yaroslav Kolosovski deyib.  Həkim gündəlik həyatda insanların diqqət etməli olduğu üç əsas vərdişi açıqlayıb.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, onkoloq ən mühüm risk faktorlarından biri kimi tütün çəkməyi göstərib. Onun sözlərinə görə, tütün tüstüsündə 43 məlum kanserogen maddə var və siqaret çəkmək 12 növ bədxassəli şişin yaranma riskini artırır.

Kolosovski qeyri-sağlam qidalanmanın da xərçəng riskində mühüm rol oynadığını bildirib. Həkim xüsusilə emal olunmuş qırmızı ət məhsullarının – kolbasa, sosiska və bekonun, həmçinin duz, şəkər və konservantlarla zəngin qidaların müntəzəm istehlakının mədə, yoğun bağırsaq və mədəaltı vəzi xərçəngi riskini artıra biləcəyini qeyd edib.

Üçüncü əsas amil isə həddindən artıq ultrabənövşəyi şüalanmaya məruz qalmaqdır. Onkoloq bildirib ki, xüsusilə saat 10:00-dan 16:00-dək uzun müddət günəş altında qalmaq və solaryumdan tez-tez istifadə etmək melanoma və digər dəri xərçəngi növlərinin yaranma riskini artırır.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью