Xərçəng riskini azaltmağa kömək edən 6 qida

17.06.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Rusiyalı onkoloq Vladimir İvaşkov xərçəng riskini azaltmağa kömək edən altı qidanın adını açıqlayıb.

Ölkə.az-ın xəbərinə görə, həkim öz "Telegram" kanalında bildirib ki, ilk növbədə qidalanmaya yağlı balıq əlavə etmək vacibdir. Onun sözlərinə görə, yağlı balıq orqanizmdə xroniki iltihabın səviyyəsini azaldır. Xroniki iltihab isə xərçəngin yaranmasına səbəb olan amillərdən biri hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, həftədə iki porsiya yağlı balıq istehlak etmək məsləhətdir.

O əlavə edib ki, eyni təsirə "Extra Virgin" zeytun yağı və giləmeyvələr də malikdir.

Bundan başqa, həkim xərçəng riskini azaltmaq üçün rasiona xaççiçəklilər fəsiləsinə aid tərəvəzlərin (brokoli, gül kələmi, Brüssel kələmi və s.) daxil edilməsini tövsiyə edib. O vurğulayıb ki, uzun müddət istilik emalı bu tərəvəzlərin faydasını azaldır, buna görə də onları çox qaynatmamaq lazımdır.

Onkoloq gündəlik menyunu soğan və sarımsaqla da zənginləşdirməyi məsləhət görüb. Onun sözlərinə görə, gündə bir diş sarımsaq və ya yarım baş soğan belə əhəmiyyətli fayda verə bilər.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью