Xərçəng riskini azaltmağa kömək edən çay Həkim AÇIQLADI

24.08.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Heç bir içki xərçəngin qarşısını tam ala bilməz. Lakin bəzi içkilər sağlam qidalanmanın faydalı hissəsi ola və xəstəliyin riskinin azalmasına kömək edə bilər.

Redaktor.az xəbər verir ki, onkoloq Amar Revari “Eating Well” nəşrinə açıqlamasında yaşıl çayın xərçəngdən qorunmağa kömək edə biləcəyini bildirib.

Həkimin sözlərinə görə, yaşıl çayın tərkibində DNT zədələnməsinin qarşısını almağa kömək edən antioksidantlar və iltihab əleyhinə maddələr var. Bu amillər isə nəzəri olaraq xərçəngin inkişaf riskinin azalmasına müsbət təsir göstərə bilər.

Revari bildirib ki, yaşıl çayın tərkibində EGCG adlı antioksidant da mövcuddur. Bu maddənin iltihabı azaltmağa və orqanizmi hüceyrə zədələnmələrindən qorumağa kömək edə biləcəyi qeyd olunur.

Onkoloq əlavə edib ki, bəzi tədqiqatlarda yaşıl çaydan istifadə ilə müəyyən xərçəng növlərinin inkişaf riskinin azalması arasında əlaqə müşahidə olunub. Lakin o, bu nəticələrin hələ tam təsdiqlənmədiyini vurğulayıb.

“İnsanlar üzərində aparılan tədqiqatların nəticələri ziddiyyətlidir və təkcə çay içməyin xərçəngin qarşısını aldığını iddia edə bilmərik”, – deyə həkim xəbərdarlıq edib.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью