Icma.az, Moderator.az saytına istinadən bildirir.
Lobya və digər paxlalı bitkilər sağlam qidalanmanın vacib hissəsi olmaqla yanaşı, bəzi xərçəng növlərinin riskinin azalması ilə də əlaqələndirilir.
Moderator.az xəbər verir ki, u-news.com.ua saytının məlumatına görə, müxtəlif bölgələrdə insanların qidalanma vərdişlərini araşdıran alimlər lobya istehlakının daha çox olduğu ərazilərdə döş, prostat, böyrək və yoğun bağırsaq xərçənginə yoluxma hallarının daha aşağı olduğunu müəyyən ediblər.
Paxlalılar bitki zülalı, vitaminlər, minerallar və liflə zəngindir. Xüsusilə həll olunan lif qanda xolesterinin səviyyəsinin azalmasına, həzm sisteminin fəaliyyətinin yaxşılaşmasına kömək edir.
Mütəxəssislər lobya və digər paxlalıların gündəlik qidalanmaya daxil edilməsini tövsiyə edirlər.
Paxlalılar sağlam qidalanmanın faydalı hissəsi olsa da, xərçəngin tibbi profilaktikasını və müayinələrini əvəz etmir.