Xərçəng və xroniki xəstələr üçün pis xəbər

22.09.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-nin dərman qiymətlərini endirmək planı Avropada yeni bir səhiyyə krizinə yol aça bilər. Nüfuzlu “Lancet” jurnalında dərc olunan yeni araşdırma farmasevtika şirkətlərinin bəzi müasir müalicə vasitələrini Avropa bazarına daha gec çıxara biləcəyini üzə çıxarıb.

 “Yeni Sabah”xarici mediaya istinadən  xəbər verir ki, ABŞ-nin tətbiq etmək istədiyi yeni qiymət siyasətinə əsasən, Amerika bazarlarındakı dərman qiymətlərinin digər inkişaf etmiş ölkələrin səviyyəsinə endirilməsi hədəflənir. Lakin bu addım Avropa üçün ciddi fəsadlar doğura bilər. Dərman istehsalçıları Avropadakı aşağı qiymətlərin ABŞ-yə deyilməsinin qarşısını almaq üçün yeni preparatları Avropaya verməyi yubada, daha yüksək qiymət tələb edə və ya bəzi ölkələrdə satışdan ümumiyyətlə imtina edə bilərlər.

Mütəxəssislərin illik 87.9 milyard dollar xərc tələb edən 195 patentli dərman üzərində apardığı təhlil göstərib ki, hər 4 dərmandan 3-də şirkətlərin ABŞ-də itirəcəyi vəsait digər ölkələrdən əldə etdikləri gəlirdən daha böyükdür. Sezar pizza

Artıq Avropa İttifaqı ölkələrində yeni dərmanların bazara daxil olmasında təxminən 35 faizlik azalma müşahidə olunur. Ən böyük narahatlıq xərçəng, nadir və irəliləyən xroniki xəstəliklərin müalicəsində istifadə olunan yeni preparatlarla bağlıdır. Hətta bir neçə aylıq ləngimə belə müalicə variantları məhdud olan xəstələr üçün ağır nəticələrə gətirib çıxara bilər.

Yaranmış vəziyyətdə Avropanın səhiyyə sistemləri çətin seçim qarşısında qalacaq: ya yeni müalicə üsullarına sürətli çıxış üçün dərmanlara daha yüksək məbləğ ödəməli, ya da xəstələrin bu preparatları əldə etməsini gecikdirməli olacaqlar.

Formanın Yuxarısı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью