Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Yunanıstanda özünü həkim kimi təqdim edən "Nikos Kontos" illərlə ağır xərçəng xəstələrini kimyaterapiya əvəzinə meyvə şirələri və Vatikandan gətirildiyini iddia etdiyi saxta iynələrlə "müalicə" edib.
Bakıvaxtı.az "Kathimerini" qəzetinə istinadən xəbər verir ki, tibb dünyasını sarsıdan "Doktor Kontos" qalmaqalının apelyasiya məhkəməsi yenidən diqqət mərkəzinə çevrilib.
Zərərçəkmişlərdən biri olan Katerine Kuluri "həkim"in dini manipulyasiyalarına inanaraq real müalicədən imtina etdiyini və nəticədə xəstəliyinin 3-cü mərhələyə çatdığını bildirib.
Belə ki, Katerine Kuluriyə 2017-ci ilin mart ayında süd vəzi xərçəngi diaqnozu qoyulub. Həkimlər ona 5 kurs kimyaterapiya almağı məsləhət görsələr də, o, "Doktor Kontos" kimi tanınan bir şəxsin məsləhətinə əməl etmək qərarına gəlib. Bu "müalicə"nin heç bir effekt vermədiyini görən Kuluri adi müalicəyə qayıdıb. Müayinələr zamanı məlum olub ki, onun xəstəliyi artıq üçüncü mərhələyə çatıb.
Qadın gecikmiş müalicə ucbatından 5 seans əvəzinə 17 kurs kimyaterapiya və 25 şüa terapiyası almaq məcburiyyətində qalıb.
Polis 2020-ci ildə iki azyaşlı və bir yaşlı insanın ölümü ilə bağlı şikayətlərdən sonra "Doktor Kontos"u həbs edib. "Kontos" dini inanclarına istinad edərək və xəstələri kimyaterapiyadan imtina etməyə məcbur etdiyini inkar edərək özünü bitki mənşəli dərman mütəxəssisi adlandırıb. O, 50 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Onu da qeyd edək ki, bu hadisə alternativ tibb vədlərinin xəstələrə necə baha başa gəldiyini növbəti dəfə sübut edir.
Gülşən Şərif