Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xalq artisti Mələykə Əsədova bacısı qızının xərçəngdən əziyyət çıkdiyini açıqlayıb.
Axşam.az xəbər verir ki, aktrisa bu haqda "Gün ortası" verilişində danışıb.
O bildirib ki, uzun müddətdir başı onun müalicəsinə qarışıb: "Ailənin bütün yükü mənim üzərimdədir. Bu il mənim üçüm çətin keçdi.
İl başlayan anda mənim böyük bacım xəstə oldu. Onun müalicəsi ilə məşğul oldum.
Bunun üzərindən 1-2 ay keçməmiş bacımın yeganə qızı ağır xəstəliyə düçar oldu.
Onu demək olar ki, mən böyütmüşəm, yanımda qalıb, universiteti bitirib. O bu dəqiqə xərçəng xəstəliyi ilə mübarizə aparır.
Onun belə olması mənə çox pis təsir etdi". Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.