Xərçəng xəstəliyini erkən aşkarlayan YENİ ÜSUL | Icma.az
Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İngiltərədə qan testi ilə 50-dən çox xərçəng növünü aşkar etmək mümkün olacaq.
İngiltərə və Uelsdə ailə həkimlərinə bəzi şübhəli əlamətlərlə müraciət edən 5000 insan üzərində aparılan testlər xərçəngin üçdə ikisini düzgün aşkar edib.
Test həmçinin xərçəng hallarının 85 faizində xəstəliyin növünü də təyin edib.
"Galleri" adlanan test müxtəlif xərçəng növlərindən sızan genetik kodun hissələrində spesifik dəyişiklikləri axtarır.
Müalicə edilə bilən xərçəng növlərinin testlərlə erkən aşkarlanması insanların həyatını xilas edə bilər.
Oksford Universitetinin tədqiqatçıları testin hələ də "inkişaf üçün açıq olduğunu" bildirirlər.
Bununla belə, ekspertlər bunun xərçəng diaqnozu qoyula bilən halların sayını artıracağını da düşünürlər.
Tam oxu
Xəbəri oxu