Xərçəng xəstəliyini inkişaf etdirən əsas 3 FAKTOR

17.11.2024

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Alimlər onkoloji xəstəliklərə yol açan əsas faktorları müəyyən edib.

Saglamolun.az bildirir ki, bu barədə Şərq İqtisadi Forumunda çıxış edən Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin xəbər verib.

Kaprinin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri xərçəng xəstəliyinin yaranmasının üç əsas səbəbini müəyyən edib: siqaret çəkmək, insan papilloması virusu və spirtli içkilərin həddinən artıq qəbulu.  

Həmçinin mütəxəssis qeyd edib ki, 15% hallarda xərçəngin inkişafının səbəbi irsiyyət ola bilər.

Bəzi kimyəvi maddələrin (asbest, rəngləyicilər) uzun müddət ərzində təsiri və qırmızı ətin həddindən artıq miqdarda qəbulu da onkoloji xəstəliklərinin riskini artırır.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью