Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dünyada xərçəng xəstəliyinə yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb. Siyahıda Çin ilk sırada qərarlaşıb.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, 2022-ci ilin statistikasına əsaslanan reytinqdə ilk 10-luqda aşağıdakı ölkələr yer alıb:
Çin – 4 824 703 yeni hal;
ABŞ – 2 380 189 yeni hal;
Hindistan – 1 005 157 yeni hal;
Yaponiya – 1 005 157 yeni hal;
Rusiya – 635 560 yeni hal;
Braziliya – 627 193 yeni hal;
Almaniya – 605 805 yeni hal;
Fransa – 483 568 yeni hal;
Böyük Britaniya – 454 954 yeni hal;
İtaliya – 436 242 yeni hal.
Məlumata görə, dünyada hər il 20 milyondan çox yeni xərçəng hadisəsi qeydə alınır. Mütəxəssislər sağlam qidalanma, fiziki aktivlik və zərərli vərdişlərdən uzaq durmağın xəstəlik riskini azaltmaqda mühüm rol oynadığını bildirirlər.
Vilayət Muxtar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin