Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kulis.az Səma Muğannanın "Tanrıya salam!" tamaşası haqqında yazısını təqdim edir. Yalnız Tanrı məni oyada bilər... Oskar...
Teatr müqəddəs məbəddir. Hər dəfə bu sehirli aləmə qədəm qoyduğumda bu fikirləri kimsə qulağıma pıçıldayır. Bəlkə də məhz elə Tanrıdır!
Sizcə, Tanrı kimdir? Bəlkə siz onu görmürsünüz? O qara paltarlıdırmı, yaxud ağ, yoxsa heç biri? Bunu sizə Oskar danışacaq...
Oskar dünyadakı insanlar üçün yalnız bir uşaqdır. Xərçəng xəstəsi olan 9 yaşlı Oskar.
Oskarın yaşı artdıqca böyümür, sanki zaman onunla oyun oynayır. 9 və 10 rəqəmlərinin arasında 1 addım fərq var, amma yalnız insanlar üçün.
9 və 10 arasında şiddətli bir məsafə var. Oskarın 9, yaxud 10 yaşı olması onun xəstəliyinin şəfa tapmasına, yaxud ölümünün hansı saatda, han
Oskar fani dünyada tək idi, çünki insanlar tərəfindən anlaşılmırdı, hətta valideynləri belə Tanrının varlığına inanmırdı..