Xərçəng xəstəsi olan model podiuma BURAXILMADI

19.10.2025

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Xərçəngdən əziyyət çəkən italyan model Bianka Balti bu il "Victoria's Secret Fashion Show"da iştirak etmək istəsə də bu, mümkün olmayıb.
Bizim.Media xəbər verir ki, buna səbəb modelin təşkilatçılara iştirak üçün müraciət etdiyi halda ona müsbət geri dönüş edilməməsidir.
Model bildirib ki, şouya qatılmağı xahiş etsə də, təşkilatçılar bunu rədd ediblər:
"Hər üç qadından biri həyatında bir dəfə xərçəng olur. Mən də onlardan biriyəm. Görünməliyik. Onlara müraciətimdə artıq gənc və fit olmadığımı, lakin güclü, cəsur hiss etdiyimi və həyatda olduğumu bildirdim. Əlavə etdim ki, həm də yeni saçlarım çıxıb. Lakin cavabında "Müraciətiniz üçün təşəkkür edirik, ancaq komanda tamamlanıb, bu il olmaz" deyə, aldım. Məyus oldum".//Axşam.az 
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью