Icma.az, Cebheinfo saytına istinadən bildirir.
“Hazırda kimyaterapiya alıram. Bundan dolayı özümü yaxşı hiss etmirəm. Növbəti kimyaterapiyanın vaxtına qədər özümdə olmuram, dozalar yüksək olduğu üçün prosedurdan sonra 6-7 gün vəziyyətim daha da pisləşir”.
"Cebheinfo.az" xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında xərçəng xəstəliyindən əziyyət çəkən jurnalist Gülşən Şərif deyib.
O, müalicəsi ilə bağlı kampaniyanın davam etdiyini də bildirib:
“Xərçəng elə bir xəstəlikdir ki, hər dəqiqə analizlərdən sonra ya bir dərman əlavə olunur, ya da başqa bir göstəriş verilir. Məsələn, indi dördüncü kimyaterapiya alıram. Mənə “ağıllı iynə”ni də təklif etdilər. Yəqin ki, internetdə araşdırma etsəniz görərsiniz ki, həmin iynənin bir dənəsinin Türkiyədə qiyməti başqadır, Azərbaycanda isə tamam fərqli qiymət qoyulub. Bizə də dedilər ki, qiymət budur. Yəni, artıq qərarı özüm verməliyəm: büdcəmizə uyğun olaraq bu müalicəni davam edək, ya yox”.
Qeyd edək ki, G.Şərif xeyli vaxtdır xərçəng xəstəliyindən əziyyət çəkir. Sosial şəbəkədə jurnalistə dəstək üçün kampaniya başladılıb. 12 həftəlik kimyaterapiya seansının 3-cü həftəsini bitirən jurnalisti daha 9 kimyaterapiya seansı və bir əməliyyat gözləyir. Lakin onun maddi durumu bu müalicələri qarşılamağa yetmir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin