Xərçəngdən əziyyət çəkən uşaq üçün yığılan pulları oğurladı, həbs olundu KONKRET

23.11.2026

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xırdalanda qan xərçəngindən əziyyət çəkən uşaq üçün “TikTok” vasitləsilə yığılan pulların bir hissəsi oğurlanıb. 

KONKRET.az xəbər verir ki, hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi açılıb.

Polisin araşdırması nəticəsində hadisəni törədən şəxsin 1999-cu il təvəllüdlü şəxs olduğu müəyyənləşib.

Məlum olub ki, təqsirləndirilən şəxs Xırdalanda ailənin etibarından istifadə edərək, qızın müalicəsi üçün pul yığılan kartdan gizli olaraq 1040 manat oğurlayıb.

Əməli sübuta yetirilən təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisəni törədən uşağın atasının dostu olub.//Xitab24.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью