Xərçəngdən sağalanlar da içkidən VAZ KEÇMİR

02.11.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son səkkiz ildə xərçəngdən sağ qurtulan  və ya xərçəng tarixçəsi olan amerikalıların spirtli içki qəbul edən nisbəti dəyişməz qalıb. 

Bu,  Sent-Luisdəki Vaşinqton Universitetinin Braun Sosial İş Məktəbinin tədqiqatında əksini tapıb.

“Cebheinfo.az” xəbər verir ki, tədqiqatın nəticələri "Cancer Causes & Control" jurnalında dərc edilib.

Tədqiqatçılar 2016-2024-cü illər təxminən dörd milyon ABŞ yetkinindən toplanmış reprezentativ məlumatları təhlil ediblər.

Onlar həm ümumi istehlaka, həm də çoxlu içki qəbuluna diqqət yetirərək xərçəng tarixçəsi olan və olmayan şəxslər arasında spirtli içki qəbulunu müqayisə ediblər.

Əvvəllər xərçəng diaqnozu qoyulmayan böyüklər arasında son 30 gündə spirtli içki qəbul edənlərin nisbəti 2016-cı ildəki 53,9%-dən 2024-cü ildə 51,5%-ə düşüb. Xərçəngli insanlar qrupunda bu nisbət demək olar ki, dəyişməz qalıb. Belə ki, tədqiqat dövrünün əvvəlində və sonunda bu rəqəm 45,8% olub.

Tədqiqatçılar, həmçinin aşkar ediblər ki, xərçəng tarixçəsi olan insanlar arasında belə tarixçəsi olmayanlara nisbətən çoxlu spirtli içki qəbulu daha az yaygındır.

Müəlliflərə görə, xərçəng diaqnozundan sonra bəzi xəstələr, o cümlədən müalicə zamanı spirtli içki qəbulunu azalda bilərlər.

Tədqiqat rəhbəri Kimberli Conson qeyd edib ki, xərçəng tarixçəsi olan insanlar ümumilikdə daha az spirtli içki qəbul etsələr də, əhəmiyyətli bir hissəsi içməyə davam edib. O, səhiyyə işçilərinə xəstələrlə məsləhətləşmələrdən spirtli içki istifadəsi və onun xərçəng riski ilə əlaqəsini müzakirə etmyi tövsiyə edib.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью