Xərçəngə meylli qan qrupları məlum olub: Risk 55 faiz daha yüksəkdir

23.03.2025

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Daily Mail-də çıxan xəbərlərdə A, B və ya AB qan qrupu olan insanların bəzi ölümcül xərçəng növlərinə tutulma riskinin daha yüksək olduğu müəyyən edilib.

 Sherg,az xəbər verir ki, eyni araşdırma zamanı 0 mənfi və ya 0 müsbət qan qrupunun olmasının mədəaltı vəzi xərçənginə qarşı müəyyən qədər qorunma təmin edə biləcəyi ifadə edilib.

Qeyd edək ki, 50 min iranlının araşdırıldığı araşdırmada A, B və ya AB qan qrupu olan fərdlərin O qan qrupu ilə müqayisədə mədə xərçənginə tutulma riskinin yüzdə 55 daha çox olduğu müəyyən edilib. Alimlər qan qrupu A olan insanların bağırsaq xərçənginə tutulma ehtimalının yüksək olduğunu vurğulayıblar.

Xatırladaq ki, 2016-cı ildə təxminən 18 min böyüklər üzərində aparılan başqa bir araşdırma, AB qan qrupu olan insanların qaraciyər xərçəngi riskinin yüzdə 45 daha yüksək olduğunu göstərmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью