Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bir müddət əvvəl leykemiya diaqnozu qoyulan Cansever bu yaxınlarda pərəstişkarları ilə xərçəngə qalib gəldiyini paylaşıb.
Axşam.az xəbər verir ki, bundan sonra Cansever həyatı ilə bağlı verdiyi radikal qərarlardan danışıb.
Cansever "Biz bacardıq, əzizlərim... Xərçəngi məğlub etdik, sizə xoş xəbər verim. Dualar qəbul oldu. Allaha şükür. Allah mənim üçün dua edən hər kəsə xeyir versin. İndi sağlamam" açıqlamasını deyib.
Cansever paylaşımına "Bundan sonra həyatı çox fərqli yaşayacağam. Artıq bu və ya digər şey haqqında düşünməyəcəyəm. Çox fərqli yaşayacağam" qeydini əlavə edib.