Xərçəngə qalib gəlib, şəhid qardaşının məzarını ziyarət etdi VİDEO

15.12.2025

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şəhid leytenant Qabil Orucəliyevin qardaşı İsa Orucəliyev xərçəngə qalib gəlib. 

"Unikal" xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.

İsanın müalicəsi üçün yardım aksiyası başladılmışdı. Müalicənin ilk mərhələsi üçün ictimaiyyət, müxtəlif dövlət qurumları maddi dəstək olub. Sonrakı mərhələni isə Heydər Əliyev Fondu qarşılayıb.

8 aydır Türkiyədə müalicə alan İsa bugün Naxçıvana qayıdıb və Hava limanından birbaşa qardaşı Qabil Orucəliyevin məzarına gedərək ziyarət edib.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью