Xərçəngə qarşı peyvənd yaradıldı

29.08.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xərçəngə qarşı peyvənd yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, Florida Universitetinin alimləri siçanlarda müxtəlif növ şişlərə, o cümlədən adətən müalicəyə davamlı olanlara qarşı effektivliyini göstərən eksperimental mRNT vaksini təqdim ediblər. 

Məlumata görə, xüsusi şiş növlərini hədəf alan ənənəvi yanaşmalardan fərqli olaraq, yeni peyvənd bədənin ümumi immun reaksiyasını stimullaşdırır. İmmunitet hüceyrələrini oyandırır və xərçəng toxumasını hücuma daha həssas edir.

Qeyd olunub ki, təsiri artırmaq üçün peyvənd immun nəzarət nöqtəsi inhibitorları ilə birləşdirilib.

Birlikdə, bu terapiya güclü antitümör reaksiyası yaradib və hətta bəzi davamlı şişləri tamamilə məhv edib. Bildirilib ki, tək peyvənd də müsbət təsir göstərib, lakin ən yaxşı nəticələr kombinasiyada müşahidə edilib.

İndi tədqiqatçılar qrupunun mRNT peyvəndi üçün yeni formulalar hazırladığı və klinik sınaqlara hazırlaşdıqları vurğulanıb.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью