Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir. Xərçəng — adı belə qorxunc səslənir.
Ancaq bu xəstəlik qarşısında təkcə tibbi müalicə yox, sağlam həyat vərdişləri də güclü silah ola bilər.
Turkustan.az xəbər verir ki, bu yoldan uğurla keçmiş və xərçəng müalicəsini uğurla başa vurmuş həkim Dr.
Emi Morris, immun sistemini gücləndirən və orqanizmi xərçəngdən qoruyan gündəlik dörd sadə, lakin güclü vərdişini paylaşıb. 1.
Hər gün 30 dəqiqəlik yürüş – Sadəlikdəki möcüzə Dr. Morris deyir ki, gün ərzində cəmi yarım saatlıq yürüş, döş, yoğun bağırsaq və uşaqlıq xə
Yürüş həm bədən çəkisini tənzimləyir, həm immuniteti gücləndirir, həm də həzm sistemini aktiv saxlayır.
Üstəlik, bu fiziki aktivlik gün ərzində özünüzü daha enerjili və pozitiv hiss etməyinizə də şərait yaradır. 2.
Hər gün yarım boşqab tərəvəz – Təbii qalxanınız Uşaqlıqdan bəri eşitdiyimiz “tərəvəz yeyin” məsləhətinin nə qədər ciddi olduğu artıq elm tərəfindən də sübuta yetirilib.