Xərçəngin dərmanı tapıldı? İlk xəstədə...

12.11.2026

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Xərçəng əleyhinə fərdi peyvənd tətbiq edilən ilk pasiyentdə metastazlar aşkarlanmır. Pasiyentin vəziyyətinin artıq dörd aydır stabil olduğu bildirilir.
Bu barədə Rusiya Elmlər Akademiyasının akademiki, Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat Mərkəzinin elmi rəhbəri Aleksandr Ginzburq “Gazeta.ru”ya açıqlamasında deyib.
Onun sözlərinə görə, ilk pasiyent müalicə kursunu artıq başa vurub və hazırda hər ay tibbi müayinədən keçirilir.
“İlk pasiyent artıq müalicəni başa çatdırıb. Hazırda onu hər ay müşahidə edirlər. İlk növbədə limfa düyünləri yoxlanılır, pasiyentin başdan ayağa bütün orqanizmi müayinə olunur. Artıq dörd ay keçib və onun vəziyyəti yaxşıdır. Son müayinədə heç bir yeni törəmə aşkarlanmayıb”, – deyə akademik bildirib.
A.Ginzburq əlavə edib ki, pasiyentin tibbi müşahidəsi üç il davam edəcək.
Qeyd edilib ki, 2024-cü ilin oktyabrında Rusiyada xərçəngə qarşı hazırlanmış ilk peyvəndin ilkin klinik sınaq mərhələsini uğurla keçdiyi barədə məlumat yayılıb. VV-GMCSF-Lact adlı genetik modifikasiya olunmuş onkolitik ştamm əsasında hazırlanan preparatın sınaqları onun təhlükəsizliyini və effektivliyini göstərib.
“NeoOnkovak” peyvəndi klinik praktikada ilk dəfə bu ilin aprelində tətbiq olunub. Preparat hər bir pasiyent üçün fərdi qaydada hazırlanır. Bunun üçün xəstənin şiş və sağlam toxuma nümunələri götürülür, genetik analiz aparılır və konkret şişə yönəlmiş peyvənd sintez edilir.
Onkoloji xəstəliklər dünyada ən aktual problemlərdən biri olaraq qalır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 20,6 milyon yeni onkoloji xəstə qeydə alınır və bu səbəbdən təqribən 10 milyon insan həyatını itirir. /Trend/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью