Xərçəngin müalicəsində COVID virusundan istifadə olunacaq

22.11.2024

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

ABŞ tədqiqatçıları COVID-infeksiyası ilə xərçəngin reqressiyası arasında şişlərin ölçüsünün kiçilməsinə səbəb olan inanılmaz əlaqə tapıblar.

Lent.az xəbər verir ki, alimlər heyvan və insan toxumalarından istifadə edərək xəstəliyə səbəb olan SARS-CoV-2 virusunun RNT molekullarının immun sistemində xərçəng əleyhinə xüsusiyyətlərə malik xüsusi hüceyrənin inkişafına təkan verdiyini müşahidə ediblər.

Alimlərin fikrincə "I-NCM" kimi tanınan bu xüsusi hüceyrələr xərçəng hüceyrələrinə hücum edir.

Tədqiqatçıların fikrincə, bu kəşf xərçəngin müalicəsi üçün yeni yol açır. Bu hüceyrələr xərçənglərin müalicəsində istifadə oluna bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью