Xərçəngin müalicəsində İNQİLABİ KƏŞF

24.03.2025

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çinli alimlər xərçəng hüceyrələrini məhv edən yeni metod kəşf ediblər. 
Bizim.Media xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri məlumat yayıb.
Belə ki, tədqiqatçılar xərçəng hüceyrələrini gizlədən, geni dəyişdirilmiş virus yaradıblar.
 

İmmunitet sistemi həmin virusu yad bir orqan kimi qəbul edir. Həmin virus isə transplantasiya rədd edildikdə olduğu kimi xərçəng hüceyrələrinə hücum etməyə başlayır. Sağlam hüceyrələr isə zərər görmür.


Metod artıq öz effektivliyini sübut edib. Xərçəngin ağır formaları (qaraciyər, ağciyər, yumurtalıqlar) olan xəstələrin 90%-də sözügedən metod tətbiq olunduqdan sonra şişlər ya kiçilir, ya da böyüməsi dayanır. Üstəlik, uşaqlıq boynu xərçəngindən əziyyət çəkən bir pasiyent bu yolla kliniki olaraq sağalıb.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью