Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10.11.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Türkiyəli alimlər xərçəng müalicəsi üçün yerli istehsal olan dərmanların inkişafına əhəmiyyətli töhfələr veriblər.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zonguldak Bülent Ecevit Universiteti (BEÜ) və İstanbul Medipol Universitetindən olan tədqiqatçılar birgə səylə üç fərqli xərçəng növünü hədəf alan yeni dərmanların hazırlanmasında istifadə oluna biləcək kimyəvi birləşmələr əldə ediblər.

Sözügedən kimyəvi birləşmələr döş, prostat və ağciyər xərçəngi hüceyrələrinə qarşı təsirli ola bilər. Laboratoriya sınaqlarında müsbət nəticə verən kimyəvi  molekullar milli və Avropa patentləri ilə qeydiyyata alınıb.

Araşdırmalar davam edir.  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью