Xərçəngin qurbanı oldu

30.07.2025

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Britaniyanın məşhur qrupu "Iron Maiden"in ilk solisti Pol Mario Day vəfat edib.

Axşam.az xəbər verir ki, o, iyulun 29-da Avstraliyadakı evində 69 yaşında dünyasını dəyişib. Rokçu uzun müddətdir xərçənglə mübarizə aparırdı. 

Qeyd edək ki, Day 1975-ci ilin dekabrında sözügedən qrupun ilk vokalisti olub. O zaman musiqiçinin 19 yaşı var idi. Sənətçi qrupun 1976-cı il mayın 1-də Londonda keçirilən ilk konsertində iştirak edib. Bir neçə ay sonra Day qrupdan ayrılıb. O, daha sonra “More” qrupunu yaradıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью