Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Həkimin sözlərinə görə, ilk növbədə gündəlik fəaliyyətə mane olan xroniki yorğunluğa diqqət yetirmək lazımdır . Yəni peşə fəaliyyəti, fiziki məşqlər və adi məişət işlərini yerinə yetirməsini çətinlik çəkirsinizsə, həkimə müraciət edin.
"Xərçənglə əlaqəli yorğunluq adətən yatıb dicələndən sonra belə keçməyən, halsızlıq və tükənmişlik hissi kimi təsvir olunur", - deyə İrji Kubeş vurğulayıb.
Onun sözlərinə görə, xroniki yorğunluğun səbəbləri müxtəlif ola bilər. Bunlara anemiya, qalxanabənzər vəzin funksional pozğunluqları, yuxu problemləri və digər xəstəliklər daxildir. Bununla belə, davamlı halsızlıq mütləq həkim müayinəsi üçün əsas hesab edilməlidir.
Onkoloq ikinci narahatedici əlamət kimi uzun müddət davam edən və getdikcə şiddətlənən öskürəyi göstərib . Öskürəyin nəfəs darlığı, döş qəfəsində ağrı və ya bəlğəmdə qan görünməsi ilə müşayiət olunması xüsusilə ciddi xəbərdarlıq siqnalıdır.
Bundan əlavə, qidalanma rejimi və fiziki aktivlik səviyyəsi dəyişmədiyi halda bədən çəkisinin səbəbsiz azalması da təhlükəli əlamətlərdən biri hesab olunur.
"Hər öskürək və ya yüngül narahatlığa görə də təşvişə düşmək lazım deyil. Əsas diqqət uzun müddət davam edən, təkrarlanan və ya sizə qeyri-adi görünən simptomlara yönəldilməlidir", — deyə İrji Kubeş qeyd edib.
Unutmayaq, erkən diaqnostika bir çox onkoloji xəstəliklərin müalicəsində uğurlu nəticələrin əldə edilməsində mühüm rol oynayır.
Röya Əliyeva
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. "Xərçənglə əlaqəli yorğunluq adətən yatıb dicələndən sonra belə keçməyən, halsızlıq və tükənmişlik hissi kimi təsvir olunur", - deyə İrji Kubeş vurğulayıb.