Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dünya şöhrətli alman alimi, biokimyaçı, Nobel mükafatçısı Otto Varburq hesab edir ki, qələvi mühitində heç bir xəstəlik, hətta xərçəng də yarana bilməz.
Varburq canlı hüceyrədə redoks proseslərini öyrənən alimdir.
O, kimya və fiziologiyada geniş istifadə edilən bioloji obyektlərin öyrənilməsi üçün bir çox alət və cihazları inkişaf etdirib.
Alim şiş hüceyrələrinin metabolizmasını, fotosintez və fermantasiya kimya məsələlərini dərindən araşdırıb.
1931-ci ildə Varburq təbiətin və "tənəffüs fermentlərinin" funksiyalarının aşkar edilməsi üzrə fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görülüb.
"Xərçəng digər xəstəliklərdən fərqli olaraq, çoxsaylı ikinci dərəcəli səbəblərə sahibdir. Ancaq xərçəngin belə əsaslı bir səbəbi var.
Kobud dildə desək, xərçəngin kök səbəbi - normal bir hüceyrənin oksigen istifadə edərək tənəffüsün digər növ enerji - qlükoza fermantasiyası ilə dəyişdirilməsidir” , - deyə o, mühazirəsində qeyd edib.